Hino da RSS do Azerbaijão (1978-1992)
AZ

Hino da RSS do Azerbaijão (1978-1992) کے بول

صنفMarches / Anthems
دورانیہ2:22
اصل زبانAZ
مناظر1.4K
Aaپڑھنے کی ترتیبات
متن کا سائز 18

اصل بول

AZ
ترجمہ ابھی دستیاب نہیں۔ اصل بول دکھائے جا رہے ہیں۔
Azərbaycan! Çiçəklənən respublika, şanlı diyar! Qadir sovet ellərində həm azadsan, həm bəxtiyar Oktyabrdan qüvvət alıb sən qovuşdun səadətə Alqış olsun bu hünərə, alqış olsun bu qüdrətə! Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz Kommunizmin günəşilə nurlanacaq səhərimiz Biz gedirik gələcəyə qaliblərin cərgəsində Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində! Odlar yurdu, bu ağ günlər el gücünün bəhrəsidir Qəhrəmanlıq, bir də hünər azad insan həvəsidir Nəsillərdən-nəsillərə yadigardır dəyanətin Kommunizmə biz gedirik, sıra möhkəm, addım mətin Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz Kommunizmin günəşilə nurlanacaq səhərimiz Biz gedirik gələcəyə qaliblərin cərgəsində Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində! Rəşadətli rus xalqıdır dostluq, birlik bayraqdarı Müqəddəsdir, sarsılmazdır dost ellərin bu ilqarı Qardaş xalqlar birliyindən aldıq gücü, qüdrəti biz Qoy var olsun bu ittifaq - şanlı Sovet Vətənimiz! Yolumuz Lenin yoludur, partiyadır rəhbərimiz Kommunizmin günəşilə nurlanacaq səhərimiz Biz gedirik gələcəyə qaliblərin cərgəsində Yaşa, yaşa, Azərbaycan, böyük sovet ölkəsində!

Hinos de Países کے مزید گیت

Hinos de Países →

متعلقہ بول